DÜNYA

25 Oktyabr

“Samsung” şirkətinin rəhbəri vəfat edib

“Samsung” konserninin sədri Li Qon Xi 79 yaşında vəfat edib.

Fins.az xarici KİV-lərə istinadla xəbər verir ki, Li Qon Xi Seulda “Samsung” xəstəxanasında dünyasını dəyişib.

O, atası - konsernin banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra “Samsung”un ikinci sədri olub.

2014-cü ildə Li Qon Xi infarkt keçirib və bundan sonra şirkətə nəzarət faktiki olaraq oğlu və konsernin törəmə şirkəti olan “Samsung Electronics”in vitse-prezidenti Li Çje Yona keçib. (azertac)