DÜNYA

23 Oktyabr

Huawei Mate 40 rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti dünən Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 ProMate 40 Pro+ və Porsche Design Huawei Mate 40 RS modelləri daxil olublar. Gəlin adi Mate 40 modelindən başlayaq. Deməli xarici görünüşcə Mate 40 modeli Pro versiyaya bənzəyir. Lakin onların arasında bəzi fərqlər mövcuddur. İlk növbədə adi Mate 40 modeli 2376x1080 piksel keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub. Ekran 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və barmaq izi skanı texnologiyasına sahibdir. Bununla yanaşı smartfon ekranının kənarları əyilmiş formada reallaşdırılıb. Lakin Pro modellərdən fərqli olaraq adi Mate 40 modelinin ekranının kənarları 88 dərəcə deyil 68 dərəcə bucaq altında əyilib.