DÜNYA

23 Oktyabr

Alibaba AntGroup-dan pay alır

Fins.az xəbər verir ki, Çinin “Alibaba” internet şirkəti törəməsi olan “Ant Group” maliyyə texnologiyaları şirkətinin Honkonq və Şanxay birjalarında həyata keçirəcəyi ilkin kütləvi yerləşdirmə (IPO) çərçivəsində fintek şirkətinin səhmlərinin beşdə birindən çoxunu alacaq. Bu barədə “Alibaba” məlumat verib. 

Məlumatda qeyd olunub ki, Alibaba tənzimləyici orqanlardan lazımi icazə alacaq və digər şərtlər yerinə yetiriləcəyi təqdirdə, 730 milyon səhmi almaq niyyətindədir. 

Ant Group IPO çərçivəsində ümumilikdə 3.3 milyard səhm yerləşdirməyi planlaşdırır. Şirkət əlavə olaraq Alibaba üçün 1.16 milyard səhm buraxmağı  da planlaşdırır ki, bu da internet şirkətinin IPO-dan sonra Ant Group-un 33% hissəsinə sahib olmasına imkan verəcəkdir. 

Mərkəzi Çinin Hançjou şəhərində yerləşən Ant Group-un 33%-i Alibaba Group-a məxsusdur və Alibaba-nın qurucusu Cek Ma tərəfindən idarə olunur. Şirkət Çində mobil ödənişlər sahəsində liderdir, habelə mobil tətbiqetmələr vasitəsi ilə kredit vermə, sığorta və aktiv idarəetmə xidmətləri təklif edir.