DÜNYA

23 Oktyabr

ABŞ hökumətinin Google-a qarşı məhkəmə işində Apple-la bağlı detal

20 oktyabr tarixində ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.Nazirlik şirkəti monopoliyada günahlandırır. İndi isə bu məsələ ilə bağlı yeni məlumatlar verilib. Hal hazırda ABŞ-ın Ədliyyə Nazirliyi Google ilə Apple arasında olan razılaşmanı araşdırır. Qeyd etmək lazımdır ki, həmin razılaşmaya əsasən Google axtarış sistemi iPhone smartfonlarında standart axtarış sistemi kimi təqdim olunur. Məlumata əsasən bu razılaşmanın müzakirə olunması üçün Apple CEO-su Tim Cook 2018-ci ildə Google CEO-su Sundar Pichai ilə görüşüb.

    Bu görüşdən sonra kimliyi bilinməyən Apple əməkdaşı Google-dan olan həmkarına bunları yazıb: “Bizim baxışımız bizim bir şirkət kimi fəaliyyət göstərməkdən ibarətdir”. Ədliyyə Nazirliyi tərəfindən Google şirkətinə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd olunub ki, 2019-cu ildə Google axtarış sisteminin trafikinin 50%-i məhz Apple smartfonlarının payışa düşüb. Analitiklərin hesablamalarına əsasən Google hər il Apple şirkətinə milyardlarla dollar vəsait ödəyir ki, onun axtarış sistemi iPhone modellərində standart tətbiq kimi təqdim olunsun.

(c)technote