DÜNYA

22 Oktyabr

Gfk: Almaniyada istehlak aktivliyi azalır

Fins.az xəbər verir ki, "Gfk" araşdırma institutunun cümə axşamı yayımladığı noyabr ayı üzrə istehlakçı inam indeksi, mənfi 1.7 punktdan mənfi 3.1 punkta düşüb. Mütəxəssislər isə yalnız 2.8 punkta kimi azalma proqnozlaşdırırdılar. 

Göstəriciyə görə, Avrozonanın ən güclü iqtisadiyyatına sahib ölkədə vətəndaşların etibarı may ayından etibarən artsa da, avqust ayından yenidən artmağa başlayıb. 

Qeyd etmək lazımdır ki, indeks 2000 nəfər arasında aparılan sorğu əsasında hazırlanır və Almaniya vətəndaşlarının iqtisadi inkişafa olan güvənini və gələcək trendi əvvəlcədən ölçür. Beləliklə, müsbət göstərici istehlak xərclərinin artmasına, mənfi rəqəm isə istehlak meylinin azalmasına  işarədir. (investaz.az)