DÜNYA

22 Oktyabr

Türkiyədən faiz qərarı gözlənilir

Fins.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyədə açıqlanacaq faiz qərarı investorların diqqət mərkəzindədir. Proqnoz isə odur ki, Türkiyə Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini 1.75% artıraraq, 12%-ə yüksəldəcək. 

Adətən bazarlarda proqnoz mövcud olanda, artıq qiymətlər öz reaksiyasını əvvəlcədən göstərir və lirə son günlər bahalaşmaqdadır. Belə olduğu halda, dərc ediləcək göstəricilər prognozu üstələyərsə, lirə daha da bahalaşa bilər. 

Əks təqdirdə, yən faiz qərarı proqnozlaşdırılanın altında açıqlanarsa, o zaman türk lirəsi cari yüksək səviyyələrdən qayıda - ucuzlaşa bilər. (investaz.az)