DÜNYA

22 Oktyabr

Demokratların qalib olmalarının nəticələri

Fins.az xəbər verir ki, noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərində demokratların mavi dalğası və ya geri dönməsi, 2021-ci ildən sonra ölkənin iqtisadi inkişaf perspektivlərini yaxşılaşdıra bilər. Bu isə FED-in proqnozlaşdırılandan daha tez faizin yüksəltməsinə səbəb ola bilər, deyə "Morgan Stanley Investment Management" korporasiyasında sabit gəlir investisiya portfelini idarə edən Cim Karon bildirib. 

Fed-in faiz dərəcəsinin ilk artırılması pul-kredit siyasətinin, məsələn, vergitutma kimi digər metodikalarının mavi dalğaya çevrilməsindən asılı olaraq, təxminən 2024-2025-ci illərdən 2023 - 2024-cü illərə keçirilə bilər.

Xatırladaq ki, artıq kifayət qədər dəqiq gözlənilir ki, dünyanın ən böyük iqtisadiyyatı 2021-ci ildə bərpa olunacaq. "Mavi dalğa" ilə müşayiət olunacaq əlavə stimul ABŞ-ın iqtisadi artım potensialını daha da artıracaq.

Fed-in cari ilin mart ayında faiz dərəcələrini demək olar ki, sıfıra endirdiyini və koronavirus pandemiyasının yayılmasına səbəb olan iqtisadi resessiya ilə bağlı narahatlıqlara qarşı mübarizə aparmaq üçün istiqrazların alınması proqramlarını başlatdığını unutmamalıyıq. Cim Karon həmçinin qeyd edib ki, faiz dərəcələri 2023-cü ilə qədər cari səviyyədə qala bilər. (investaz.az)