DÜNYA

22 Oktyabr

Bloomberg Apple-ın haqsız mənfəətindən danışıb

“Bloomberg” xəbər verir ki, hazırda araşdırılan qalmaqala görə, “Apple” şirkəti istehsal etdiyi smartfon, planşet və digər cihazlarda müəyyən ödəniş müqabilində “Google” axtarış sistemini öndə yerləşdirməyə razılıq verib.

Aprılan istintaq zamanı 2018-ci ildə tərəflərin əldə etdikləri razılaşmadan sonra Apple cihazlarında Safari brauzeri işə salınan kimi Google axtarış sistemi açılırdı. Halbuki cihaz sahibi daha sonra başqa axtarış sisteminə keçə bilirdi. Apple şirkəti isə başqa axtarış sistemlərinin istifadəsini, istehsal etdiyi cihazlardan onların saytlarının açıqlmasını əngəlləmədiklərini iddia edib.

Lakin ABŞ hökuməti tərəfindən aparılan araşdırma nəticəsində, 2019-cu ildə Google axtarış sistemi vasitəsilə gedən trafikinin yarısına yaxınının məhz Apple cihazlarından keçdiyi üzə çıxıb. Ekspertlərin qənaətincə, Apple-ın bu “yaxşılığ”a görə Google-dan aldığı “pay”ın məbləği ildə 8 - 12 milyard ABŞ dolları qədər ola bilər. (investaz.az)