DÜNYA

21 Oktyabr

İsveçrə: Sentyabr 2020: Qızıl idxal və ixracı

Fins.az xəbər veriri ki, İsveçrə gömrük xidməti qızıl da daxil olmaqla 2020-ci il sentyabr ayının sonunda malların ixracı və idxalına dair məlumatlarını açıqlayıb. Hesabat dövründə ən çox İsveçrə qızılının hansı ölkələrə göndərildiyini də görmək mümkündür. Hindistan və Çin isə bunlar arasında deyil. 

Xatırladaq ki, üç İsveçrə affinaj zavodu dünyanın investisiya qızılının yarısını emal edir. Bu səbəbdən bu Avropa ölkəsinə tez-tez qızıl ticarəti ilə bağlı müraciət edilir. İsveçrə gömrük xidmətinin hər ay dərc etdiyi məlumatlarından, hansi ölkələrin böyük həcmdə sarı qiymətli metal istehlak etdiyini görmək olur. Lakin bu məlumatlar aydan aya görə fərqlənə bilər. 

Sentyabr ayında ən böyük qızıl tədarükçüsü Honkonq (37.7 ton), İtaliya (13.6 ton) və ABŞ (12.6 ton) olub. İsveçrəyə ümumi qızıl idxalı sentyabr ayında avqust ayına nisbətən 17% azalıb, lakin 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 25% artaraq, 194 tona çatıb. Bu da 7.1 milyard avro məbləğində qiymətləndirilir. Affinaj üçün qiymətli metalların digər tədarükçüləri Peru və Argentina idi, amma onların qızılları aşağı keyfiyyətli və çirkli olub. 

Sentyabrda İsveçrə qızılının ən böyük alıcısı 50.9 ton həcmində İngiltərə olub. Bu, aylıq müqayisədə 167% artım, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 18% azalma deməkdir. Hərəsinə 13 ton olmaqla da, qiymətli metal ABŞ və Türkiyəyə də göndərilib. 

Hindistan və Çinin İsveçrədən yalnız əhəmiyyətsiz miqdarda qızıl aldıqlarını qeyd etmək lazımdır - müvafiq olaraq 4.9 ton və 1.5 ton. Bu ilin sentyabr ayında İsveçrə qızılının ümumi ixracatı 105 ton təşkil edib ki, bu da 5.5 milyard avro deməkdir. (investaz.az)