DÜNYA

21 Oktyabr

Breksit: Müxalifət hökümətin təklifinə qarşı çıxdı

Fins.az xəbər veriri ki, İngiltərə parlamentinin yuxarı palatası hökümətin ticarət qanunundan yüksək səs çoxluğu ilə imtina edib. Əsaslandırmaya əsasən, qanun dövlətin qanununun aliliyinə zərbədir və İngiltərənin etibarını zədələyir. 

Beləliklə, qanun layihəsini bir ay öncə qəbul edən parlamentin aşağı palatası ilə Boris Consonun tənqidçilərinin çoxluq təşkil etdiyi yuxarı palata arasında mübarizənin arta biləcəyi gözlənilir. Bundan sonra qanun layihəsinin yuxarı palata tərəfindən də qəbul olunması üçün fundamental dəyişikliklərə ehtiyac olacaqdır. 

Qeyd etmək lazımdır ki, təklif edilən qanun layihəsi ilə hökümət Avropa Birliyi ilə artıq razılaşdırılan Breksit sazişinin müddəalarına müdaxilə etmək imkanına sahib olurdu. Bu addım isə müxalifətin və AB-nin müqaviməti ilə rastlaşmışdır.  (investaz.az)