DÜNYA

21 Oktyabr

İsveçrədə hər bir vətəndaşa 7 500 frank verilə bilər

İsveçrədə “Helicopter Money Initiative” təşkilatı ölkə vətəndaşlarına birdəfəlik ödənişlərin verilməsi üçün imza toplanılması kampaniyasına başlayıb.

Fins.az-ın məlumatına görə, təşəbbüs müəllifləri 100 min imza toplayacağı təqdirdə məsələ referenduma çıxarılacaq

Təşəbbüs referendum yolu ilə təsdiqlənərsə, ölkənin hər bir vətəndaşı 7 500 İsveçrə frankı (14 025 Azərbaycan manatı) alacaq.

Pul İsveçrə Milli Bankı tərəfindən ödəniləcək. Eyni zamanda, uşaqlar da pul alacaqlar.