DÜNYA

20 Oktyabr

Powell: Rəqəmsal valyutanın potensial xərclərini və faydalarını diqqətlə nəzərdən keçiririk

ABŞ Federal Ehtiyat Sisteminin (Fed) sədri Jerome Powell, rəqəmsal pulların ABŞ iqtisadiyyatı və ödəmə sistemləri üçün potensial xərclərini və faydalarını diqqətlə qiymətləndirdiklərini deyib.
Fins.az xəbər verir ki, Rəqəmsal valyuta ilə əlaqədar olaraq, ABŞ siyasət, yenilik və inkişafın önündə olmalıdır: "Biz düşünürük ki, ABŞ üçün bu hüququ ilk növbədə etmək daha vacibdir" deyə FED rəhbəri Jerome Powell qeyd edib.

Powell, Beynəlxalq Valyuta Fondu (BVF) - Dünya Bankının İllik İclasları çərçivəsində keçirilən və rəqəmsal valyutalara həsr olunmuş "Sərhədlərarası Ödənişlər - Gələcəyə Bir Baxış" adlı panelə qatılıb.

Rəqəmsal valyutanın ABŞ iqtisadiyyatı və ödəmə sistemləri üçün potensial xərclərini və faydalarını diqqətlə qiymətləndirdiklərini söyləyən Powell, məsələni digər mərkəzi banklarla da müzakirə etdiklərini və bu sahədə əməkdaşlığın çox səmərəli olduğunu deyib

Powell, dünyadakı mərkəzi bankların 80%-inin rəqəmsal valyuta buraxma fikrini araşdırdığına  diqqəti cəlb edib və rəqəmsal valyutaların təqdim etdiyi fürsət və risklərin ölkələrə görə fərqli olacağını bildirib.

Müəllif:Aynur  Qəniyeva