DÜNYA

20 Oktyabr

Hindistan: Qızıl idxalı

Hindistan Ticarət Nazirliyi ölkəyə 2020-ci ilin birinci yarısı üçün qızıl idxalına dair məlumatlar açıqlayıb. Göstəricilər göstərilən müddətdə 57% azalaraq, 6.8 milyard dollara düşüb. Hesabatda deyilir ki, idxalın azalması, ilk növbədə COVID-19 fonunda karantin tədbirləri ilə əlaqədardır, çünki o dövrdə əhali arasında sarı qiymətli metallara tələbat çox aşağı olub.

Müqayisə üçün: Keçən 2019-cu ilin birinci yarısında Hindistana 15.8 milyard dollar dəyərində qızıl idxal olunub. Çin və Hindistan sarı qiymətli metalın ən böyük istehlakçılarıdır. İdxalın ən çox olduğu illərdə Hindistana qızıl idxalı 1000 ton təşkil edirdi. Keçən il bu rəqəm 831 ton, 2018-ci ildə isə 944 ton olub. 

Bununla bərabər, əlvan metal bazarları üzrə analitiklər, ölkə daxilində qızıla olan tələbin yaxşılaşacağını proqnozlaşdırırlar. Reuters agentliyinin məlumatına əsasən, ticarət şirkətləri, qarşıdan gələn festival mövsümü ərəfəsində qızıl ehtiyatlarını artırırlar, çünki bu dövrdə sarı rəngli qiymətli metal satışlarının artacağı ehtimal edilir. (investaz.az)