DÜNYA

15 Oktyabr

Breksit müzakirələri noyabrın ortalarına uzadıldı

Fins.az xəbər verir ki, Avropa Birliyinin dövlət və hökümət başçıları noyabrın 15 və 16-da Berlində Breksit Zirvəsi keçirməyi planlaşdırırlar. 

Toplantının məqsədi, bu tarixə kimi AB ilə İngiltərə arasında danışıqlar uğurla davam etdirilərsə, iki tərəf arasında razılaşdırılan ticarət sazişinü qəbul etməkdir. 

Qeyd etmək lazımdır ki, İngiltərə danışıqların son tarixini oktyabrın 15-i təyin etsələr də son anda bu tarix öv qüvvəsini itirib, birincilər müzakirələrə davam etməyi qəbul ediblər. 

Son günlərdə London və Brüssel arasındakı danışıqlar sərt tonda davam edib. İngiltərə AB-ni balıqçılıq mövzusunda sərt mövqeyinə görə tənqid edir. AB isə qarşı tərəfi digər əsas məsələlərdə, o cümlədən, ticarət subsidiyalarında geri çəkilməsinə çağırıb.