DÜNYA

15 Oktyabr

ABŞ: Prezident seçkiləri və qızıl

Fins.az xəbər verir ki, məşhur investor və analitik Peter Schiff bu yaxınlarda qiymətli metal bazarını araşdıran “Kitco News”-a müsahibə verib və yaxın müddət ərzində ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb. 

Onun fikrincə, demokratlar partiyasının namizədi Co Bayden qarşıdakı ABŞ seçkilərində qalib gələcək. Amerika iqtisadiyyatı üçün bu, kəmiyyətli stimullaşdırma (QE) proqramının inkişafı və genişləndirilməsi deməkdir.  Bu isə nəticədə inflyasiyanın artmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, qızıl qiymətlərinin artım tendensiyasının davam edəcəyini göstərir. 

“Düşünürəm ki, Co Bayden seçkiləri qazanacaq. Demokratların Senatda çoxluq qazanması ehtimalı böyükdür. Beləliklə, Konqresin hər iki palatası üzərində nəzarət onlarda olacaq. Respublikaçılar borc yükünü artırmaq siyasəti yürüdürdülər, amma Demokratların siyasəti bu baxımdan daha da pis olacaq ”. Bu fikirləri Yeni Orleandakı investisiya konfransında Schiff səsləndirib.