DÜNYA

15 Oktyabr

Breksit: AB Zirvəsindən sonra İngiltərə qərar verəcək

Fins.az xəbər verir ki, çərşənbə günü Avropada Zirvə toplantısının başlamasına bir gün qalmış Zirvə sədri Çarls Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyen İngiltərə baş naziri Boris Conson ilə telefon danışığı təşkil ediblər. 

Conson Breksit ticarət sazişinin imzalanmasını istəsə də ləng irəliləyişdən məyus olduğunu bildirib. Baş nazir danışıqlar üçün son tarixi oktyabrın 15-nə təyin etsə də, müzakirələrin dayandırılması hüququnu əlində saxlayıb. Lakin buna dair son qərarını Zirvə toplantısından sonra verəcəkdir. 

Qeyd etmək lazımdır ki, Avropa Zirvə toplantısı bu gün başlayır və cümə gününə kimi davam edəcəkdir. Toplantıda hökümət başçıları ətraf mühit ilə yanaşı, İngiltərə ilə gələcək ticarət sazişinin şərtlərini müzakirə edəcəklər.