DÜNYA

15 Oktyabr

Almaniyada 5.4%-lik böhran proqnozlaşdırılır

Almaniyadakı beş aparıcı iqtisadi düşüncə mərkəzi yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı mübarizədə ictimai həyatdakı və iqtisadi fəaliyyətdəki məhdudiyyətlərin Almaniya iqtisadiyyatını ehtimal ediləndən çox təsir etdiyini və bu il ümumi daxili məhsulun 5.4% azalacağını proqnozlaşdırdı. 

Beş iqtisadi düşüncə mərkəzinin ortaq açıqlamasına görə, bu il ÜDM-nin azalma proqnozu 4.2%-dən  5.4%-ə yüksəldildə. Mərkəzlər gələn il üçün Almaniya iqtisadiyyatının böyümə proqnozunu 5.8%-dən 4.7%-yə endirdi. 2022-ci ildə Almaniya iqtisadiyyatının 2.7% böyüməsi proqnozlaşdırılır.