DÜNYA

14 Oktyabr

ABŞ: Seçki öncəsi yardımların olacağı ehtimalı azalır

Amerikada Korona iqtisadi yardımlarının noyabrın 3-dən öncə qəbul ediləcəyi ehtimalları azalmaqdadır.

Yüksək ranqlı müxalif siyasətçi Nensi Pelosi çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp tərəfindən təkminləşdirilərək təqdim edilən yardım paketinin imtina edib. "Prezident seçki öncəsi birjalarda bahalaşmaları adına yazmaq istəyir", deyə Pelosi Demokratlara yazdığı məktubunda vurğulayıb.

Tramp isə Tvitter hesabında "Böyük stimul yoxsa heç birir", deyə xəbər paylaşıb.

Qeyd etmək lazımdır ki, Donald Tramp sonuncu dəfə Demokratların tənqidlərinə qarşılıq olaraq 1.6 trilyon dollarlıq yardım paketinin həcmini 1.8 trilyon dollara yüksəltmişdir. Lakin müxalifət iqtisadiyyat və cəmiyyətin 2.2 trilyon dollarla dəstəklənməsini tələb edir.

Respublikaçılar isə bazar ertəsi Senatda paketin yalnız bir hissəsini - 500 milyard dollarını təsdiq etməyi planlaşdırırlar.

Birjalarda yardım paketi uğrunda mübarizə investorlar tərəfindən diqqətlə izlənilməkdədir və Amerika səhm qiymətlərində öz əksini tapmaqdadır.