DÜNYA

14 May

BMT Baş Assambleyasının sessiyası təxirə salına bilər

BMT Baş Assambleyasının bu il sentyabr ayının 15-də başlayacaq 75-ci sessiyası COVID-19 pandemiyası üzündən sual altındadır.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş “Paris Match”a müsahibəsində bildirib.

“Bütün dünyadan minlərlə nümayəndəni Nyu-Yorka toplaya biləcəyimiz ağlabatan deyil. Eyni zamanda rəqəmli texnologiyaların bizə açdığı müxtəlif variantlara nəzər salırıq”, – deyən baş katib qəti qərarın üzv ölkələri tərəfindən veriləcəyini qeyd edib.

Koronavirus pandemiyası səbəbindən əvvəlki kimi səyahət etmədiyini dilə gətirən A.Quterreş bildirib: “Bu pandemiya bizi səhiyyə problemlərini, həmçinin iqlim məsələsini də nəzərə almaqla cəmiyyəti, iqtisadiyyatı yenidən qurmağa vadar edəcək”.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyaları hər il sentyabr ayında keçirilir.