DÜNYA

14 May

Rusiyanın daha bir naziri koronavirusa yoluxub

Rusiyanın təhsil naziri Valeri Falkov koronavirus xəstəliyinə yoluxub.

Fins.az xəbər verir ki, bunu ölkə başçısı Vladimir Putin açıqlayıb.

Bildirilib ki, V.Falkov prezidentin müşavirəsində koronavirusa yoluxduğunu və artıq sağaldığını açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin, Mədəniyyət naziri Olqa Lyubimova və İnşaat naziri Vladimir Yakuşev, V.Putinin sözçüsü Dmitri Peskov koronavirusa yoluxub.

©Report