DÜNYA

14 May

2019-cu ildə Çinin TOP-10 “unicorn” şirkətləri – Siyahı

CB Insights-in hesabatına görə, Çin 2019-cu ildə unicorn şirkətlərin sayına görə, ikinci sırada yer alıb.

“Unicorn” şirkətlər isə onlardır ki, onların kapitalizasiyası (bazar dəyəri-red.) qıza zamanda 1 milyard dolları ötür. “Unicorn” şirkətləri ölkə iqtisadiyyatının vəziyyətini, tendensiyalarını və iqtisadiyyatın rəqabət qabiliyyətliliyini əks etdirir.

 

Facemark.az-ın məlumatına görə, Çində “unicorn” şirkətlər, əsasən internet-texnologiyaları sahəsində fəaliyyət göstərirlər.

Bu yazımızda biz Sizə 2019-cu ildə Çinin TOP-10 “unicorn” şirkətlərindən bəhs edəcəyik.

10. JD Logistics

JDLogistics - ölkənin ən geniş infrastrukturuna sahib olan loqistika şirkətidir. Kompaniya təxminən Çinin 2000 regionuna xidmət edən 405-dən çox anbara sahibdir. Şirkətin 2019-cu ildə kapitalizasiyası isə 13,4 milyard dollar qiymətləndirilib.

9. Bitmain

Bitmain - Bitmain Çinin nəhəng mədən şirkətidir. 2019-cu ildə şirkətin kapitalizasiyası 14,8 milyard dollar qiymətləndirilib. Şirkət Pekində qeydiyyata alınıb. Kripto valyuta mədənçiliyi üzrə qurğuların istehsalçısıdır.

8. WeBank

WeBank - Çinin internet bankıdır, onun kapitalizasiyası 16,1 milyard dollar qiymətləndirilir. Onun səhmlərinin 30%-i Tencent şirkətinə, daha 20%-i isə investisiya firması Baiyeyuan Investment və Liye Group-a aiddir.

7. JD Finance/JD Digits

JDFinance/JDDigits - Çində fərdi şəxslərə, start-aplara investisiya xidməti edən şirkətdir. Onun kapitalizasiyası isə 20,5 milyard dollar hesab edilir.

6. Kuaishou

Kuaishou - Pekində qeydiyyata alınıb. Şirkət ticarət platforması təklif edir və Çində elektron kommersiya sahəsində liderlərdən biridir. Onun kapitalizasiyası 28,6 milyard dollar qiymətləndirilir.

5. Cainiao Network Technology

Cainiao - Çinin populyar loqistika şirkətidir, Alibaba Group-a daxildir. Onun kapitalizasiyası isə 29,8 milyard dollar qiymətləndirilir.

4. Lu.com

Kompaniyanın əsası 2011-ci ildə qoyulub. Bu P2P kredit platforması idi. İndi isə platforma daha da inkişaf etdirilib və əlavə maliyyə xidmətləri də təklif edir. İndi isə o Çində ən böyük ikinci böyük kreditor hesab edilir. Onun kapitalizasiyası isə 38 milyard dollardır.

3. DiDi Chuxing

O, Çin Uber-nin rəqibi hesab edilir. Kompaniya taksi xidməti göstərir, avtomobillərin kirayəsi xidmətini təklif edir, həmçinin lüks nəqliyyat vasitələri də bura daxildir. Onun kapitalizasiyası isə 51,6 milyard dollara çatıb.

2. ByteDance

Kompaniyanın əsası 2011-ci ildə qoyulub. Hazırda isə ByteDance bütün dünyada məşhur olan TikTok platformasını idarə edir. Onun kapitalizasiyası isə 75 milyard dollardır.

1. Ant Financial

Ant Financial bütün dünyada ən böyük maliyyə şirkəti hesab edilir. Onun kapitalizasiyası 150 milyard dollar qiymətləndirilir. Hazırda şirkət iri mobil platforma və onlayn-ödəmə sistemi olan Alipay-i idarə edir. O, ən böyük pul kütləsi fondu YueBao-nu və onlayn bank Mybank-ı idarə edir. Onun istifadəçilərinin ümumi sayı isə 450 milyon insandan çoxdur.