DÜNYA

11 May

Türkiyədə işsizlik 13.6%-a düşdü

Türkiyədə işsizliyin artması dinamikasında zəifləmədən sonra azalma başladı.

Türkiyənin statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında son üç ayın orta işsizlik səviyyəsi 13.6% olub. Bu göstərici yanvar ayında 13.8% olmuşdur. 

Qeyd etmək lazımdır ki, son 7 il ərzində işsizlik səviyyəsində artım müşahidə edilsə də bu dinamika 2009-ci ilin maksimum səviyyəsini keçmədən 2019-ci ilin aprel ayından etibarən azalmağa başlayıb.