DÜNYA

07 May

Mastercard Avropanın yeni prezidenti məlum oldu

Mastercard mərkəzi Brüsseldə yerləşən Avropa əməliyyatlarına Mark Barnetti prezident təyin edib.

Fins.az-ın məlumatına görə, o rəhbərliyi dövründə Avropadakı biznes strategiyalarından, planlaşdırma, uğurlarından məsul olacaq.

Mastercard-ın Türkiyə də daxil olmaqla, 53 ölkəni əhatə edən Avropa əməliyyatları pərakəndəçilər, maliyyə qurumları, müəssislər ilə tərəfdaşlıq çərçivəsində 950 milyondan çox şəxsə xidmət edir. Yeni rəhbər görəcəyi işləri beynəlxalq prezident

Gilberto Caldart-a məruzə edəcək. Mark 1 İyundan etibarən Mastercard-ın İdarəetmə Komitəsinə qoşulacaq. Barnett, ilin sonunda təqaüdə çıxan, Mastercard Avropanın prezidenti Javier Perez-i əvəzləyəcək.

Xatırlatmaq yerinə düşər ki, Barnett Avropa rəhbərliyindən öncə, İngiltərə, İrlandiya, Skandinaviya, Baltikyanı ölkələr üzrə prezident olub.

Onun sektor və inanların ödəniş formalarını dəyişdirən yeni texnologiyalara dair dərin təcrübəsi var. Mastercard-ın bir çox ölkədə uğur qazanmağında onun rolu danılmazdır. O, Mastercard-a 2003-cü ildə qatılıb. Avropa ilə yanaşı, qlobal miqyasda fərqli rollarda çıxış edib. Fərdi bankçılıq, ödəniş sektorunda 20 ildən çox təcrübəsi mövcuddur.