DÜNYA

06 May

Latviya, Litva və Estoniya öz aralarında sərhədləri açırlar

Latviya, Litva və Estoniya hökumətləri mayın 15-dən etibarən daxili sərhədlərin açılmasına razılıq veriblər. Fins.az xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində Latviyanın baş naziri Krişyanis Karinş yazıb.

Beləliklə, mayın 15-dən etibarən Latviya, Litva və Estoniya sakinləri bu ölkələr arasında sərbəst hərəkət edə biləcəklər. Xatırladaq ki, bu ölkələr öz sərhədlərini martın ortalarında bağlayıblar. Qərar Covid-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə qəbul edilib.

Son məlumatlara görə, Latviyada 900 nəfər yoluxub, 464 nəfər sağalıb, 17 nəfər dünyasını dəyişib.

Litvada Covid-19 virusuna yoluxanların sayı artıq 1428 nəfərə satıb, onlardan 48 nəfər dünyasını dəyişib.

Estoniyada son iki gün ərzində iki nəfərdə Covid-19 aşkarlanıb. Ümumilikdə yoluxanların sayı 1713 nəfər təşkil edir, onlardan 264 nəfər sağalıb və 55 nəfər dünyasını dəyişib.

©Banker