Qırğızıstanda sərt karantin tədbirləri yenidən qüvvəyə minə bilər.
Bu barədə “Sputnik” ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər yayıb.
Məlumata görə, respublikada epidemioloji vəziyyət stabil gərgin olaraq qalır: küçələrdə, bazarlarda canlanma hiss olunur, yollarda maşınlar çoxalır. Buna görə də COVID-19-a yoluxma riski sürətlə artır.
Bildirilir ki, vətəndaşlar müdafiə tədbirlərinə və sosial məsafə tələblərinə riayət etməyəcəyi təqdirdə, məhdudiyyət tədbirləri yenidən sərtləşdiriləcək.
Son məlumatlara görə, Qırğızıstanda 871 nəfər koronavirusa yoluxub. Onlardan 12 nəfəri ölüb, 614 nəfəri isə sağalıb.