DÜNYA

06 May

Nyu-York meri koronavirusun uşaqlara qorxulu təsiri barədə: “Hər gün bir yenilik öyrənirik”

“Koronavirus uşaqlarda sistemli iltihab reaksiyasına səbəb olur”.

Bu barədə Nyu-Yorkun meri Bill de Blazio “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, söhbət qızdırma, səpki, qarın ağrısı, qusma kimi konkret simptomların görünməsindən gedir.

“COVID-19-un orqanizmə təsiri barədə hər gün yeni bir şey öyrənirik. Bu çox təhlükəli xəstəlikdir”, - deyə mer vurğulayıb.

O əlavə edib ki, Səhiyyə Departamenti Nyu-Yorkun tibb işçilərinə yaşı 21-dən aşağı olan bütün xəstələr barədə dərhal məlumat verməyi tapşırıb.

 

We have an urgent health alert for parents and doctors.

We’ve detected 15 cases of multi-system inflammatory syndrome detected in children in NYC hospitals. 4 patients tested positive for COVID-19 while 6 others had antibodies.

 
 
 
 

Xatırladaq ki, bu həftənin əvvəlində İtaliyadan və Böyük Britaniyadan olan mütəxəssislər də uşaqlarda koronavirusla bir sıra iltihabi xəstəliklər arasında əlaqə tapıblar. Belə ki, ABŞ-da koronavirusa yoluxmuş uşaqlarda müşahidə olunan nadir iltihabi sindrom Avropanın bir sıra ölkələrində yüksək temperatur, səpki və boyundakı vəzlərin şişməsi ilə xəstəxanaya yerləşdirilənlərdə də qeydə alınıb.