Çin koronavirus meydana gələndən sonra “dəhəşətli bir səhvə yol verərək”, onu gizlətməyə çalışıb, deyə ABŞ prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirib.
Fins.az bu barədə “RBC.ru”ya istinadən xəbər verir.
“Düşünürəm ki, onlar (Çin hökuməti) dəhşətli bir səhvə yol verdilər və bunu etiraf etmək istəmədilər. Biz istintaq aparmaq üçün Çinə gəlmək istədik, amma bizi içəri buraxmadılar, hətta Ümumdünya Səhiyyə Təşkilatı belə içəri girə bilməyib. Məncə, onlar səhvlərini gizlətməyə çalışdılar. Yanğını söndürmək istəsələr də, bunu bacarmadılar”, – Donald Tramp.
Koronavirusun yayılması ilə əlaqədar olaraq, Çin ölkəyə girişi qadağan etsə də, öz sakinlərinin ABŞ-a və bütün dünyaya girişini qadağan etməyib və bu, ən pis qərar olub.
Xatırladaq ki, koronavirusun Çin laboratoriyasında yaradılması barədə ilk məlumat aprelin ortalarında yayılmışdır. ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə görə, “dünya Çin laboratoriyalarındakı uğursuzluqlar” səbəbindən ilk dəfə deyil ki, belə bir təhlükə ilə üzləşir və ABŞ bunu sübut edə bilər.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, Çin dərman və dərman vasitələrinin tədarükünü artırmaq üçün koronavirus barədə məlumatları gizlədib.
Çin Covid-19-un insan tərəfindən yaradılması barədə məlumatları təkzib edir. Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijiang, “yeni koronavirusun laboratoriyada yaradıldığına dair heç bir dəlilin olmadığını” dəfələrlə ifadə edib.
©Benker