ABŞ Prezidenti Donald Tramp hesab edir ki, koronavirusa qarşı vaksin ölkədə 2020-ci ilin sonunda hazır olacaq.
“Fox News” xəbər verir ki, dövlət başçısı hökümətin və ayrı-ayrı qurumların bu istiqamətdə mümkün olduğu qədər sürətli işlədiyini bildirib.
Son məlumata əsasən, ABŞ-da 1,15 milyon insan koronavirusa yoluxub, 67,4 min nəfər isə onun qurbanı olub.