Dünyanın ən iri elektron ticarət şirkətlərindən olan “Amazon” öz əməkdaşlarına oktyabrın 2-dək onlayn işləməyə icazə verib.
Qeyd olunur ki, onlayn işləməsi mümkün olmayan əməkdaşların virusdan müdafiə olunması üçün də tədbirlər gücləndirilir.
Bildirilir ki, hazırda şirkətin 840 mindən çox əməkdaşı var. Şirkət əməkdaşlarının sayı bir il ərzində 33 faiz artıb. Məlumatı “Bloomberg” yayıb.