Facebook şirkətinin 2020-ci ilin birinci rübündə xalis mənfəəti demək olar ki, illik ifadədə iki dəfə artım göstərib, 4,9 milyard dollara çatıb.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin maliyyə hesabatında deyilib.
Səhm üzrə gəlir 1,71 dollar olub, əvvəlki il isə 0,85 dollar idi. Şəbəkənin gəlirləri 18% artaraq 17,737 milyard dollara çatıb. Proqnoza görə isə bu rəqəm 17,44 milyard dollar olmalı idi. Reklamdan gəlirlər isə birinci rübdə 17% artaraq 17,44 milyard dollar olub. Proqnoz isə 17,36 milyard dollar idi.
Aktiv istifadəçilərin sayı martda (bir çox ölkələrdə karantin rejimi idi) illik ifadədə 10% artaraq 2,6 milyard nəfərə çatıb.
Facebook-un hesabatında deyilib ki, 2020-ci ilin birinci rübünün ilk üç həftəsində reklamlara tələbatın və maya dəyərinin azalması müşahidə edilirdi. Ancaq aprelin əvvəlindən isə stabilləşmə müşahidə edilir.
Daha əvvəlki proqnozlarda isə deyilirdi ki, Facebook və Google şirkətinin birlikdə koronavirusdan dolayı reklam gəlirlərində itki 44 milyard dollar ola bilər.