Suriyada koronavirusla bağlı bir aylıq məhdudiyyətlərdən sonra karantin tədbirləri yumşaldılıb, dükan və bazarlar açılıb.
RT bununla bağlı Dəməşq küçələrindən kadrlar təqdim edib.
Koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlərin bir hissəsi hələ də qalıb: yalnız 08:00-dan 17:00-a qədər işləməyə icazə verilir. Mağaza sahiblərindən satış yerlərini dezinfeksiya etmək tələb olunur və ölkədə komendant saatı davam edir.
Son məlumatlara görə, Suriyada 43 koronavirus hadisəsi qeydə alınıb, üç nəfər ölüb, 21 nəfər sağalıb.