DÜNYA

30 Aprel

Maldiv adalarında koronavirusdan ilk ölüm faktı qeydə alındı

Maldiv adalarında yen növ koronavirusdan ilk ölüm faktı təsdiqlənib.

Bu barədə “Avas” nəşri məlumat yayıb.


83 yaşlı qadın çərşənbə axşamı virusun yaratdığı fəsadlar səbəbi ilə ölüb. O, nəfəs problemi ilə əlaqədar xəstəxanaya aparılarkən yolda keçinib.

Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, qadından koronavirus üçün test aprelin 27-də götürülüb. Testin nəticəsinin müsbət olması isə onun ölümündən sonra təsdiqlənib.

Hazırda ölkədə 280 yoluxma halı qeydə alınıb.