DÜNYA

29 Aprel

Koronavirusa yoluxmuş baş nazir altıncı dəfə ata oldu

Böyük Britaniyanın Baş naziri Boris Conson altıncı dəfə ata olub.

“Sky News” xəbər verir ki, bu gün siyasətçinin oğlu dünyaya gəlib.

Körpənin doğulduğu xəstəxanadan bildirildiyinə görə, uşaq və anası özlərini yaxşı hiss edir.

Qeyd edək ki, martın 27-də Boris Consonun koronavirusa yoluxduğu məlum olub. O, aprelin 12-də müalicə aldığı xəstəxanadan evə buraxılıb.