“Gürcüstanda koronavirusun yayılmasının pik həddi hələ baş verməyib”.
Fins.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, bu, ölkədə həyata keçirilən tədbirlər sayəsində mümkün olub: “Lakin bu o demək deyil ki, virusa yoluxanların sayı artmayacaq. Biz müəyyən pik həddin yetişəcəyini gözləyirik”.
Nazir deyib ki, pik həddə belə ölkədə bütün pasiyentlərin müalicəsi üçün tələb olunan resurslar var.
Qeyd edək ki, indiyədək qonşu ölkədə COVID-19-a 511 nəfər yoluxub. Onların 156-sı sağalıb, 6-sı isə ölüb.
©Report