DÜNYA

20 Dekabr

Bu ölkə hərbi xərclərini rekord həddə çatdırıb

Yaponiya Nazirlər Kabineti 2020-ci il üçün büdcədən xərclənəcək hərbi vəsaitləri rekord həddə çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. 
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, gələn il ölkənin hərbi xərcləri 48,6 milyard dollar təşkil edəcək. Bu rəqəm 2019-ci ilin hərbi büdcə göstəricilərindən 1,1 faiz çoxdur. Lakin büdcənin hüquq qüvvəyə minməsi üçün ölkə parlamenti tərəfindən təsdiqlənməlidir.
Agentliyin məlumatına görə, 2013-cü ildə Şinzo Abe Yaponiyanın Baş naziri seçiləndən sonra Tokionun müdafiə xərcləri ardıcıl yeddi ildir artır.