DÜNYA

20 Dekabr

Çin bəzi ABŞ məhsullarını əlavə rüsumlardan azad edəcək

Çin Xalq Respublikası (ÇXR) əlavə rüsumlara məruz qalmayacaq Birləşmiş Ştatlara məxsus məhsulların ikinci siyahısının ilk hissəsini açıqlayıb.

Çin Dövlət Şurası nəzdində fəaliyyət göstərən gömrük rüsumları və tariflər üzrə komitənin bəyanatına əsasən, bu tədbirlər dekabrın 26-da qüvvəyə minəcək və bir il qüvvədə qalacaq. Rüsumlara məruz qalmayan ABŞ məhsullarının ikinci siyahısının ilk hissəsinə ağ yağ (xam neftin fraksiyalaşması yolu ilə əldə edilən karbohidrat qarışığından ibarət şəffaf maye), mikrokristallik qida parafini, yüksək sıxlıqlı polietilen, metallosen, etilen-propilen sopolimer və bir sıra digər materiallar daxildir.