DÜNYA

18 Dekabr

Conson nazirlərə Davosa getməyi qadağan etdi

Böyük Britaniyanın Baş Naziri Boris Conson nazirlərə 2020-ci il yanvarın 21-dən 24-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda  iştirak etməyi qadağan edib.

Fins.az-ın  “The Guardian” nəşrinə istinadən verdiyi xəbərə görə, Baş Nazirin fikrincə, nazirlər Davosda iştirak etməkdənsə, ingilis prioritetlərinə diqqət yetirməli, partiyanın mövqeyini seçicilər arasında gücləndirməlidirlər.

Nəşr qeyd edir ki, Consonun özü də Davosa qatılmağa hazırlaşmır.

Bildirilir ki, B. Conson Nazirlər Kabinetinin seçkilərdən sonra, ötən həftə baş tutan ilk iclasında nazirlərdən “xalq hökuməti”ni yaratmaq üçün 24 saat işləməyi tələb edib.