2025-ci ilin oktyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə sərnişin daşınmasında yeni rekorda nail olub.
Finss.az ADY-nin məlumatına əsasən nxəbər verir ki, ötən ay bu marşrutla 1 milyon 68 min 212 nəfər daşınıb.
Bu göstərici Abşeron dairəvi dəmir yolu xəttindən istifadə edən sərnişinlərin sayında indiyədək qeydə alınan ən yüksək nəticə kimi qiymətləndirilir.
Fuad Mədətov
Finss.az
