Cəmiyyət

02 Oktyabr

Sahibkarlıq və innovasiya cəmiyyətin yetişdirilməsindən asılıdır – Emin Əmrullayev

Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür.

Finss.az xəbər verir ki, bunu “INMerge” innovasiya sammiti çərçivəsində keçirilən panel müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir vurğulayıb ki, əsas məsələ bu prosesi necə və hansı yolla təşkil etməkdir:

"İlk növbədə buraxıla biləcək səhvləri anlamaq vacibdir. Bu sahədə əvvəlcə hansı yanlışlıqlara yol verməmək məsələsi düşünülməlidir."

E. Əmrullayev innovasiya və sahibkarlığın inkişafını “yaşıl təhsil”, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji sahələrinə bənzədib:

"Əgər siz innovasiya və sahibkarlıq üzrə magistr proqramlarının sayını artırmağa başlasanız, bu, o demək deyil ki, mütləq sahibkar məzunlar yetişəcək. Əslində, məsələnin kökü cəmiyyətin, yeni nəsillərin necə yetişdirilməsi, hansı mədəniyyətlə böyüdülməsi ilə bağlıdır."