Finss.az - "Finstab" Azərbaycanda Vergi məsləhət xidmətləri göstərən şirkət olaraq, mühasibatlıq və maliyyə əməliyyatlarının düzgün aparılmasını təmin edəcək mütəxəssis axtarır.
Vəzifələr:
- Aylıq, rüblük və illik hesabatların (vergi, sosial sığorta, statistika) hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanması;
- Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təşkili və hesabatların vaxtında təqdim olunmasının təmin edilməsi;
- 1C proqramında müəssisə konfiqurasiyasının idarə olunması və dəstəyi;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunda düzgün aparılmasına nəzarət.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili – əla; xarici dil bilikləri üstünlükdür;
- Excel, Word, Adobe PDF proqramlarında bacarıq;
- 1C proqramında peşəkar səviyyədə işləmək bacarığı;
- Düzgün şifahi və yazılı ünsiyyət bacarığı.
İş şəraiti:
- İş rejimi: həftənin 5 günü, 9:00–18:00;
- Şənbə və bazar qeyri-iş günüdür;
- Sınaq müddəti: 2 həftə;
- Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə.
Müraciət: [email protected]