Cəmiyyət

14 Avqust

Bank Respublika ASC Monitorinq Şöbəsi üçün Mütəxəssis/Baş Mütəxəssis axtarır

Bank Respublika Risklərin İdarə Edilməsi üzrə vakansiya elan etdi

Tarix: 14 Avqust 2025 | Mənbə: Finss.az

Finss.az xəbər verir ki, Bank Respublika ASC Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi və ya baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.

Namizəd filialların kredit portfelini hesabatlar əsasında təhlil edəcək, şübhəli halları aşkar edəcək və kreditlərin keyfiyyətini qiymətləndirəcək. Həmçinin, monitorinq zamanı müəyyən olunan risk və nöqsanlar barədə rəhbərliyə məlumat verəcək, zəruri hallarda daxili qayda və prosedurlarda dəyişiklik tövsiyələri hazırlayacaq və monitorinq nəticələri üzrə hesabatları təqdim edəcək.

Vakansiya üçün tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə);
  • Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi;
  • MS Office proqramlarında bilik, analitik düşünmə bacarığı və ezamiyyətlərə hazır olmaq;
  • Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dilləri yaxşı səviyyədə;
  • Risk sahəsi üzrə beynəlxalq və ya yerli sertifikatlar üstünlük sayılır.

İş tam ştatdır. Ətraflı məlumat və müraciət üçün: Bank Respublika vakansiyası.

Əlavə bax: Azərbaycanda 2025-2026-cı illər üzrə inflyasiya proqnozu

© 2025 Finss.az | Bütün hüquqlar qorunur.