PASHA Bank mükafatlandırma və İnsan Resursları (İR) əməliyyatları şöbəsində İR analitika istiqaməti üzrə Mütəxəssis/Data Analitik vakansiyasını təqdim edir.
Finss.az xəbər verir ki, vakansiya çərçivəsində namizəd SAP HRMS sistemində aylıq məlumatların yoxlanılması, müxtəlif mənbələrdən məlumatların ilkin emalı və təmiz data halına gətirilməsi, daxili və xarici hesabatların hazırlanması, proseslərin optimallaşdırılması və avtomatlaşdırılması və rəhbərliyə analitik məlumatların təqdim edilməsi vəzifələrinə cavabdeh olacaq.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil (bakalavr)
- 3–5 il iş təcrübəsi
- MS Office proqramları bilikləri
- Power BI bilikləri üstünlükdür
- Rus və İngilis dilləri arzuolunandır
- Məlumatların məxfiliyinə riayət və audit yoxlamaları zamanı sorğulara vaxtında cavab vermək bacarığı
İş tam ştatdır.
Ətraflı məlumat və müraciət üçün: PASHA Bank vakansiyası
Əlavə bax: 2024-cü ildə orta avropalının iş müddəti 37,2 ilə qədər artacaq