Cəmiyyət

07 Avqust

Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinin alışında ödənilmiş ƏDV-nin vətəndaşlara qaytarılması 17.7 mln. manatı keçdi

Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) vətəndaşlara qaytarılan məbləği açıqlanıb.

Finss.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, 2025-ci ilin yanvar–iyul aylarında bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi fiziki şəxslərə geri ödənilib.

Bu dövr ərzində müvəkkil banklar tərəfindən vətəndaşlara qaytarılan ümumi məbləğ 17 milyon 693,3 min manatdan çox olub.

Fuad Mədətov
Finss.az