Cəmiyyət

25 İyul

Ağalıda üç kooperativə 52 hektar torpaq icarəyə verildi

Finss.az - İndiyədək işğaldan azad olunmuş ərazilərdə yalnız Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinə torpaq icarəyə verilib.

Bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev məlumat verib.

Onun sözlərinə görə, Ağalı kəndinin sakinləri torpaq icarəsi üçün müraciət ediblər və nəticədə üç kənd təsərrüfatı kooperativinə torpaq sahələri ayrılıb. Bunlar “Bərəkətli Torpaq”, “Zəfər” və “Barış” kooperativləridir. Məlumata əsasən:

  • “Bərəkətli Torpaq” kooperativinə 25 hektar,

  • “Zəfər” kooperativinə təxminən 17 hektar,

  • “Barış” kooperativinə isə 10 hektar torpaq sahəsi icarəyə verilib.

Bundan əlavə, 5 hektarlıq sahə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna təhkim olunub. Bu sahədə nümayiş əkinləri aparılacaq və kənd sakinlərinə müasir becərmə texnologiyaları öyrədiləcək.

Firidun Tağıyev bildirib ki, bu proses çərçivəsində həm yerli məşğulluq artırılır, həm də dayanıqlı kənd təsərrüfatı modelinin qurulması hədəflənir.