Cəmiyyət

21 İyul

Satış sənədləri və əməliyyatları üzrə mühasib-operator - VAKANSİYA

"Caspian Cable Systems" şirkəti "Satış sənədləri və əməliyyatları üzrə mühasib-operator" vəzifəsinə işçi axtarır.

Finss.az xəbər verir ki, şirkət vakansiya ilə bağlı öhdəliklərini və tələblərini açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə təqdim olunan mallar və xidmətlər üzrə hesab-fakturaların və qaimə-fakturaların tərtib edilməsi.
  • Elektron qaimələrin (e-qaimə) düzgün və vaxtında sistemə daxil edilməsi və göndərilməsi.
  • Satış müqavilələrinin və digər əlaqəli sənədlərin hazırlanması və arxivləşdirilməsi.
  • Satış əməliyyatlarının 1C, ERP və ya digər mühasibat proqramlarında qeydiyyatı və izlənməsi.
  • Nağd və qeyri-nağd satışların dəqiq uçotu və sənədləşdirilməsi.
  • Gündəlik satış əməliyyatlarının yoxlanılması və uyğunluğunun təmin edilməsi.
  • Müştəri borclarının və ödənişlərinin gündəlik izlənməsi, ödəmə sənədlərinin yoxlanılması.
  • Müştəri ilə üzləşmə aktlarının hazırlanması və razılaşdırılması.
  • Gecikmiş ödənişlər üzrə xəbərdarlıqların və hesabatların hazırlanması.
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Satış göstəricilərinin təhlili və trendlərin müəyyən edilməsi.
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək sifarişlərin və satış proseslərinin uyğun şəkildə aparılmasına dəstək verilməsi.
  • Anbar və logistika şöbələri ilə koordinasiya edərək məhsul hərəkətlərinin düzgün qeydiyyatını təmin etmək.
  • Müştəri xidmətləri və digər əlaqəli şöbələrlə əməkdaşlıq edərək müştəri məmnuniyyətini artırmaq.
  • Satışla bağlı bütün sənədlərin düzgün arxivləşdirilməsi və istənilən vaxt əldə olunacaq vəziyyətdə saxlanılması.
  • Saışa aid elektron və fiziki sənədlərin təhlükəsizliyinin təmin edilməsi.
  • Birbaşa rəhbəri tərəfindən verilən sahə üzrə digər tapşırıqların yerinə yetirilməsi.

Əsas tələblər:

  • Yaş: 21-25
  • Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
  • Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
  • Microsoft Office proqramlarında işləmə bacarığı.
  • ERP və digər mühasibat proqramlarında işləmək bacarığı
  • Analitik düşüncə və detallara diqqət.
  • Məsuliyyətlilik və operativlik.
  • Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.
  • Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: 525 AZN.
  • İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

Əlaqə: [email protected]