Cəmiyyət

17 İyul

PASHA Life Vakansiya elan edib

Finss.az - PASHA Life şirkəti İnformasiya Təhlükəsizliyi Departamentinə mütəxəssis vəzifəsinə vakansiya elan edib.

Vakansiyaya əsasən, namizəd informasiya təhlükəsizliyi siyasətlərinin və prosedurlarının tətbiqində iştirak etməli, insidentlərin monitorinqi və ilkin təhlilini aparmalı, antivirus, SIEM, EDR və digər təhlükəsizlik həllərinin gündəlik idarəolunmasını həyata keçirməlidir.

Bundan əlavə, istifadəçi fəaliyyətlərinin təhlükəsizlik auditini aparmaq, İT layihələrini təhlükəsizlik baxımından qiymətləndirmək və sistem zəifliklərini analiz etmək əsas vəzifələrdəndir. Namizəd həmçinin işçilər üçün təhlükəsizlik maarifləndirmə materiallarının hazırlanmasında və insident araşdırmalarında iştirak edəcək.

Tələblər:

  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;

  • Müvafiq sahə üzrə bakalavr dərəcəsi;

  • Azərbaycan dili əla, ingilis və rus dili orta səviyyədə bilmə;

  • MS Office proqramlarında orta səviyyədə bacarıq;

  • CEH, OSCP, CompTIA və digər sahəvi sertifikatlara malik olan namizədlərə üstünlük veriləcək.

PASHA Life-ın təklifləri:

  • Əməkdaş və ailə üzvləri üçün tibbi sığorta;

  • Korporativ həyat sığortası;

  • Fərdi inkişaf və təlim imkanları;

  • Ödənişsiz dayanacaq və “Dəyərlisən” platforması ilə güzəştlər;

  • İdman və sağlamlıq xidmətlərinə çıxış.

Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Ətraflı məlumat və müraciət üçün:
PASHA Life vakansiya səhifəsi