Cəmiyyət

17 İyul

Mühasib - VAKANSİYA

Finss.az - Vergi məsləhət xidmətləri sahəsində ixtisaslaşan Finstab Şirkəti mühasib vakansiyası elan edib.

Şirkət 2021-ci ilin sentyabr ayından etibarən vergi məsləhətləri sahəsində fəaliyyət göstərir.

Namizəddən aşağıdakı əsas vəzifə öhdəliklərini yerinə yetirməsi tələb olunur:

  • Vergi və mühasibat hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim olunması;

  • Əmlak, torpaq, ƏDV, ÖMV, mənfəət və digər vergi hesabatlarının, DSMF və statistika hesabatlarının hazırlanması;

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqibi və kameral uyğunsuzluqların aradan qaldırılması;

  • Gəlir və xərclərin uçotunun aparılması.

Namizədlər üçün tələblər:

  • Ali təhsil;

  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;

  • Excel və BTP proqramlarında işləmək bacarığı;

  • Minimum 2 il iş təcrübəsi.

İş şəraiti:

  • Həftə içi 5 iş günü, 09:00–18:00 iş qrafiki;

  • Rəsmi əmək müqaviləsi və 2 həftəlik sınaq müddəti;

  • Əmək haqqı: razılaşma yolu ilə.

Maraqlanan şəxslər CV-lərini [email protected]  e-mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin müraciət etməsi xahiş olunur.