Cəmiyyət

15 İyul

Dana əti niyə bahalaşır?

Finss.az - Son günlər Bakının müxtəlif bazar və qəssabxanalarında erkək dana ətinin qiymətində artım müşahidə olunur.

Satıcıların sözlərinə görə, bahalaşma təxminən bir həftə əvvəl başlayıb. Əvvəllər 1 kiloqramı 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpikdən, bəzilərində isə 16 manatdan təklif olunur.

Qiymət artımının əsas səbəbi kimi daxildə danaların sayının azalması və yay mövsümündə maldarlığa marağın zəifləməsi göstərilir. Əlavə olaraq, yem bazarındakı bahalaşma və fermerlərin artan xərcləri də qiymətlərin yüksəlməsinə təsir edən amillər sırasındadır.

Hazırda qiymətlərin sabitləşdiyi bildirilsə də, yaxın vaxtlarda ucuzlaşma gözlənilmir. Qəssablar da qiymətlərin nə zaman stabilləşəcəyini dəqiq proqnozlaşdıra bilmirlər.