“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə fəaliyyətini yeni ünvanda davam etdirir.
İSB hazırda Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 53/1 (Almaz Park) fəaliyyət göstərir.
Büroya müraciət etmək istəyən bütün fiziki və hüquqi şəxslərdən yeni ünvanla əlaqə yaratmaları xahiş olunur.
Qeyd edək ki, İSB daha əvvəl Həsən bəy Zərdabi küçəsi 8 ünvanında yerləşirdi.



