Finss.az - Yay fəslinin ortasında olmağımıza baxmayaraq, ölkədə iyulun ilk ongünlüyündə hava qeyri-adi sərin və yağıntılıdır.
Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Gülşad Məmmədova bildirir ki, şimal axınlarının təsiri ilə sərin hava şəraiti davam edir və dağlıq rayonlarda qısamüddətli leysan yağışlar gözlənilir.
Lakin həftənin ikinci yarısından başlayaraq temperaturun yüksəlməsi və istilərin normanı keçməsi proqnozlaşdırılır. Bu iqlim dəyişikliyi regional olaraq qlobal qızmanın əks-sədası kimi qiymətləndirilir.
Aqrar ekspert Rəcəb Orucov isə qeyd edir ki, sərin hava pambıq istisna olmaqla, digər bitkilər üçün əlverişlidir. Meyvə bazarında qiymət artımlarının əsas səbəbi isə məhsulun bazarda mövcudluğu və çeşidlərin məhdudluğu ilə bağlıdır.